Tunellərdə və qatarlarda kondinsionerlər quraşdırılacaqmı?

Tunellərdə və qatarlarda kondinsionerlər quraşdırılacaqmı?

Uzun illərdən bəri metro tunellərində havalandırma sisteminin olmaması ciddi problemlərdən biri olaraq qeyd edilir. İnsanların sıx olan saatlarında artıq qatarlarda getmək sadəcə dözülməz olur. İnsanlar məcbur olaraq sərnişindaşınmanın bu növündən istifadə edirlər. Bəzən satansiyaların özündə belə kifayət qədər ağır hava mövcud olur.
 
“Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Deyerler.Org-a mövzu ilə bağlı açıqlama verəkən deyib ki, edilən şikayətlərdə kifayət qədər əsas var: “Metro stansiyalarımızda havalandırma sistemi ilə bağlı heç bir problem yaşanmır. Ümumiyyətlə stansiyalarda tarix boyu havalandırma ilə bağlı problem mövcud olmayıb. Amma qatarlarda və tunellərdə havanın yüksək olması ilə bağlı problemlər mövcuddur. Bununla bağlı bizə şikayətlər edilir. Xüsusi ilə pik saatlarda problem daha qabarıq şəkildə özünü göstərir. Hamı nəzərə almalıdır ki, bizim qatarlarda kondinsioner sistemi yoxdur. Sadəcə təbii havalandırma sistemi var. Bu baxımdan biz sadəcə həmin havalandırma sistemlərini yeniləyə bilərik, başqa heçnə edə bilmirik. Bu vaxta qədər istifadə müddətini bitirmiş, köhnəlmiş havalandırma sistemlərinin bir neçəsini dəyişmişik. Son 6 ay ərzində bu cür 6 ədəd havalandırma sistemi dəyişdirmişik. Sadəcə yeni 3 ədəd aldığımız qatarlarda kondinsionerlər var”.
 

Google+ WhatsApp ok.ru