Tunisdə sionist rejimlə əlaqələrin normallaşdırılmasına qarşı etiraz aksiyası keçirilib

Tunisdə sionist rejimlə əlaqələrin normallaşdırılmasına qarşı etiraz aksiyası keçirilib

Tunisin Sfaqes şəhərində minlərlə insan aksiya keçirərək bu ölkənin sionist rejimlə əlaqələrn normallaşdırılması uğrunda çalışmaları  pisləyib.
 
Maide.Az xəbər verir ki, Əl-Məyadin televiziyasının məlumatına görə, minlərlə Tunis vətəndaşı Sfaqes şəhərində aksiya keçirib. Onlar Məhəmməd əl-Zuvarinin terror edilməsi cinayətini pisləyib. 
 
Tunisin müxtəlif siyasi cərəyanlarının iştirakı ilə keçirilən bu irimiqyaslı aksiyada etirazçılar əllərində Fələstin bayraqları və şəhid əl-Zuvarinin terrorunu pisləyən plakatları daşıyıblar.
 
Aksiya iştirakçıları əl-Zuvarinin terror edilməsini pisləyərək Tunis hökumətini bu terroru törədən qatillər qarşısında şücaətli mövqe sərgiləməyə çağırıblar. 
 
Tunisin şəxsiyyətlərindən biri Səmir Mütibə deyib: Müqavimət yolu çətin yoldur. Onu keçmək fədakarlıq və çoxlu qanların verilməsini tələb edir. Vətəndaşların bugünkü aksiyada irimqiyaslı iştirakı bu məsələni vurğulayır ki, bütün çətinliklərə baxmayraq müqavimətə dəstək sazişinə sadiqdirlər. 
 
Qeyd edək ki, Həmas hərəkatının üzvlərindən olan və bu hərəkatla pilotsuz uçan aparatların istehsalında əməkdaşlıq edən mühəndis Məhəmməd əl-Zuvari ötən ay Sfaqes şəhərində terror edildi. 

Google+ WhatsApp ok.ru