İTV-də kütləvi ixtisar

İTV-də kütləvi ixtisarlar baş verir. AzTV-dəki qruplaşma heyəti televiziyanın bir sıra əməkdaşlarını “sıradan çıxarmağa” başlayıb. Mənbəmiz qeyd edir ki, televiziyanın baş direktoru ölkədə olmasa da, işçilər fərdi qaydada çağrılaraq öz istəyi ilə ərizə yazmağa dəvət olunur.
 
“Televiziyada bir sıra rəhbər vəzifə tutan şəxslər və digər əməkdaşlar artıq işdən qovulub. Hazırda qorxa-qorxa gözləyirik ki, növbə bizə çatır. Hər gün davamlı olaraq kimsə işdən azad olunur” , – deyə mənbəmiz bildirir.
İşdən çıxarılanların siyahısı:
 
İnformasiya departamentinin direktoru Elgün İbrahimov
 
Türkiyə müxbiri Rəhimə Mirzəyeva
 
Türkiyədəki operator Dilqəm Mirzəyev
 
Mərkəzi Asiya üzrə müxbir Füzuli Məcidli
 
Mərkəzi Asiya üzrə prodüser Reyhan Məcidli
 
Böyük redaktor Mais Ağayev
 
Böyük redaktor Esmira Qasımova
 
Müxbir Dilavər Seyidov
 
Rus dilində xəbərlərin aparıcısı Tamilla Şirinova
 
Müxbir Rauf Nəbiyev
 
(azadliq.info)
 

Google+ WhatsApp ok.ru