Twitter 2014-ü `selfie ili` elan edib

2014-cü ilin trendləri ilə bağlı hesabat verən Twitter bu ili “selfie” ili kimi qələmə verib. 
 
"Selfie" termini mikrobloq saytında 92 milyon dəfə istifadə olunub ki, bu keçən ilə nisbətən 12 dəfə çoxdur.
 
Twitter üçün 2014-cü ilin ən böyük hadisəsi Dünya Çempionatı olub. Braziliyada keçirilən tədbirlə bağlı 672 milyon tvit göndərilib.
 
Dünya Çempionatı həmçinin Facebook-un "ilin trendləri" siyahısına da düşüb (nədənsə, sosial media şirkətləri ilin axırıncı üç həftəsinə məhəl qoymur). Facebook-un siyahısında ikinci yeri Ebola epidemiyası tutub, baxmayaraq ki, Qərbi Afrikada müzakirələrin böyük hissəsi Facebook kimi açıq platformalarda deyil, çat tətbiqlərində baş verir.
 
Braziliyada keçirilən seçkilər, "ice bucket challenge" xeyriyyə təşəbbüsü və Qəzzadakı münaqişə həmçinin ilk onluğa düşüblər.
 
Amma qlobal baxımdan ən böyük trend selfiedir. Bu cür fotolar sizi də əsəbləşdirirsə, nəfəs alıb 2015-ci ili gözləyin.

Google+ WhatsApp ok.ru