Uşaqların bir məktəbdən digərinə köçürülməsi necə həll edilir? (VİDEO)

Uşaqların bir məktəbdən digərinə köçürülməsi necə həll edilir? (VİDEO)

Yeni mənzilə köçənlər övladlarının məktəbləri ilə bağlı bəzən problemlə üzləşirlər.
 
Yaşayış yerini dəyişən valideynlər uşağı məktəbdən çıxarıb yaxınlıqdakı başqa  bir  təhsil  ocağına qoymaq istəyir.  Sənədləşmə işini düzgün yerinə yetirmədiklərində isə uşaq dərslərdən yayınır.
 
Təhsil Nazirliyinin 2014-cü ildə  təsdiq etdiyi qaydalara görə sənədləşmə işi düzgün yerinə yetirilmədikdə direktor uşağı məktəbdən xaric edə bilməz. Bu qərar valideynlərin uşağı məktəbəbdən yayındırma hallarına son qoymaq üçün verilib.
 
Məktəb direktoru isə  ərizə əsasında onu qiymət kağızını qəbul edir, daha sonra valideynə uşağın qəbul olunduğunu bildirən arayış verir. Valideyn, yalnız bu arayışı köhnə məktəbə təqdim etdikdən sonra uşağın şəxsi işini ala bilər.
 
Yeni direktor şəxsi işi qəbul edərkən yaşayış yerindən arayışın yeniləməsini tələb edir. Çünki qaydalara görə üstünlük ərazidə yaşayanların övladlarına verilir.
 
Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, bəzən  məktəb direktorları şagird sayının çox olduğunu bahanə edərək onu qəbul etmək istəmirlər. Bu zaman valideyn, müvaffiq sinif üzrə uşaqların sayını tələb edə və  jurnala baxa bilər.
 
Ekspert valideynlərə bu kimi məsələləri dərs ili başlamazdan əvvəl həll etməyi tövsiyyə edir.  Əks halda uşaq dərs proqramından bir neçə  həftə yayına bilər.
 

Google+ WhatsApp ok.ru