Ukrayna dilində ilk Quran nəşr olunub

Maide.az-ın verdiyi məlumata görə, «Osnova» nəşriyyatı  Kitab Arsenalında  Ukrayna dilində ilk Quran nəşr edib. Müqəddəs Kitabın  təqdimatında  Müsəlman Ruhani İdarəsinin  müftisi  Səid İsmaqailov, tərcüməçi Mixail Yakuboviç və nəşriyyatçı  Dana Pavliçko iştirak edib.
 
Müqəddəs Qurani-Kərimin tərcüməsi 2007-ci ildən başlayıb. Kitab 5 ilə tərcümə edilib, 2 il isə dəqiqləşdirilib və təkmilləşdirilib.
 
Qeyd edək ki, ilk dəfə Quranı qədim ukrayna dilinə tərcümə etmək cəhdi XVII əsrdə edilmişdi.
 

Google+ WhatsApp ok.ru