Ukrayna MDB-dən çıxır

Ukrayna Ali Radasında dekabrın 8-də ölkənin MDB-dən çıxması məsələsinə baxılacaq
“Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk dekabrın 8-də Ali Radada Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinə baxılacağını bildirib.
 
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu Vitali Kovalçuk “Ukrayna” telekanalının efirində bəyan edib.
“Bazar ertəsi Ukraynanın MDB-dən çıxması məsələsi Ali Radanın deputat fraksiyalarının və komitələrinin rəhbərlərinin Məşvərət Şurasında müzakirəyə çıxarılacaq”, deyə o bildirib.
Bundan əvvəl Ali Radada MDB məsələləri üzrə altkomitənin artıq fəaliyyət göstərməyəcəyi bildirilmişdi.
Ali Radanın deputatları noyabrın 27-də Ukraynanın MDB-dən çıxması haqqında qərarın layihəsini hazırlayıblar. /

Google+ WhatsApp ok.ru