Ukraynanın milli qəhrəmanı Savçenko həbs edilib

Ukraynanın milli qəhrəmanı Savçenko həbs edilib

-- Savçenko mayın 20-dək həbsdə saxlanacaq

Ukraynanın Çevçenko rayon məhkəməsi ölkənin milli məclisinin (Rada) deputatı, Ukraynanın yaşayan milli qəhrəmanı Nadejda Savçenkonun həbs edilməsi barədə qərar çıxarıb. Qərara əsasən Savçenko mayın 20-dək həbsdə saxlanacaq.
 
 
O, milli məclisdə və hökümət kvartalında dövlət xadimlərinə qarşı terror aktının hazırlanmasında ittiham edilir. Savçenko bu ittihamları rədd edib və baş verənləri siyasi təqib adlandırıb. Savçenko həmçinin aclıq aksiyasına başladığını elan edib.
 
Onun deputat toxunulmazlığı martın 22-də Ukrayna Radası tərəfindən ləğv edilib.(İslaminsesi)

Google+ WhatsApp ok.ru