Unikal qəza: Avtobus təyyarəyə çırpıldı

Unikal qəza: Avtobus təyyarəyə çırpıldı

İstanbulun Atatürk hava limanında sərnişinləri daşıyan avtobus "Türk Hava Yolları"nın təyyarəsi ilə toqquşub.
 
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Qaziantep-İstanbul aviareysini həyata keçirmiş təyyarə park edildikdən sonra sərnişinləri aparmağa gələn avtobus hava gəmisinin ön hissəsinə çırpılıb.
 
Hər hansı xəsarət qeydə alınmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.
 

Google+ WhatsApp ok.ru