Universitetə qəbul olanların nəzərinə 25 Avqust 2016 01:00 Ölkə 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatına ayrılan müddət avqustun 25-də saat 17:00-da başa çatacaq. Maide.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir. Bu il ali təhsil müəssisələrinə 34 min 224 nəfər qəbul olunub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqə nəticəsində isə 553 abituriyent tələbə adını qazanıb. Teqlər : #Universitetə qəbul olanların nəzərinə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanada hökuməti müsəlman qadın polislərə hicab geyinməyə izn verib Sabaha olan hava proqnozu açıqlandı