Vəhhabilərin pulu haradan gəlir?!Fakt-Xeyriyyəçiliyin pərdə arxası

1. Təşkilatın rəsmi internet səhifəsinin "Strateji hədəflər" bölməsində bir başa dini təbliğatın əsas hədəf olduğu bəyan olunur. Əlbətdə bildiyiniz kimi məqsəd özləri bəyəndiyi dindən söhbət gedir. "Ata qayğısından məhrum olmuşlar"-a vəhhabi qayğısı verilir. Elə ona görə də bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərdən belə öz Qarabağ torpaqlarını qoyaraq, Suriyaya "cənnət axtarışına" gedənlər var. 
 
2. Təşkilatın Facebook səhifəsində görülən işlərlə bağlı verilən məlumatlarda 13 yanvar 2013-cü ildə Azərbaycanla bağlı xəbər paylaşılıb ki, dini dərslərdən xəbər verir:
 
3. Təşkilatın Youtube səhifəsində Azərbaycanın müxtəlif güşələrinə "xeyriyyəçilk" adı altında edilmiş səfərlərdən və "dini dərslərdən" söhbət açılır. Kadrlarda (1.26 cı dəqiqələrdə) açıq-aşkar Azərbayanda tanınmış vəhhab-sələfi simaları (Qamət Süleymanov kimi) dərslərdə görmək olar. 
 
Nəticə: Missioner təşkilatlar tərəfindən Azərbaycanda yaradılmış qeyri-ənənəvi dini radikal cəryanlara qarşı son vaxlara dövlət tərəfindən aparılan mübarizə qətiyyətlə davam etdirilməli və bu işdə cəmiyyətin bütün təbəqələri buna yardımçı olmalıdırlar. QMİ və Dini komitə tərəfindən atılan maarifləndirici addımlar daha da sürətləndirilməlidir. Bu gün Suriyada, İraqda və başqa yerlərdə baş verənlər hamımıza ibrət dərsidir. Allah bütün bəşəriyyəti bu "İslam-xeyriyyəçilk" pərdəsi altında gizlənmiş azğın düşmənlərdən qorusun. /Cenubnews

Google+ WhatsApp ok.ru