Vəkil: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur

Vəkil: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur

`Fatimeyi-Zəhra məscidinin ərazisinin əsas hissəsini qanunsuz olaraq almaq istəyirlər`

Tanınmış vəkil Cavad Cavadov öz facebook səhifəsində “Fatimeyi-Zəhra” məscidi ilə bağlı status paylaşıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozduğunu bildirib. 
 
Maide.Az xəbər verir ki, vəkil C.Cavadov bildirib: “Əvvəl yazdıqlarım təsdiqini tapır. "Fatimeyi-Zəhra" məscidinin ərazisinin əsas hissəsini (1,3 ha torpaq sahəsindən yalnız 25 sot saxlamaq istəyirlər) qanunsuz olaraq almaq istəyirlər”.
 
Vəkilin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıqlamasında bunu etiraf edib. “Məscidin torpaq sahəsi onun ayrılmaz hissəsi və mülkiyyətidir. Bir daha xatılladıram ki, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab edilmiş, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qesəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məscid və onun yerləşdiyi torpaq sahəsi Qafqaz Müsəlmanları İdarəsinin balansına verilmişdir və torpaq sahəsinin sərəncamçısı məhz bu qurum olmalıdır, bələdiyyə həmin torpaq sahəsinin sərəncamçısı ola bilməz. Bir daha xatırladıram ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidentinin şəxsən göstərişi əsasında həyata keçirilmişdir. Belə qanunsuz hərəkətlər yolverilməzdir.”
 
 

Google+ WhatsApp ok.ru