Vəkil:‘Sovetskidə evlər sakinlərin iradəsinə zidd olaraq sökülür’ 17 Yanvar 2020 14:57 Xəbərlər Yanvarın 17-də 24 ailənin yaşadığı keçmiş “Sovetskaya” küçəsi ərazisindəki bir neçə köhnə evin sökülməsinə başlanılıb. Həmin evlərdə 24 ailə yaşayırdı. Bu ailələrin vəkili Cavad Cavadov Turan-a bildirib ki, sökülmə sakinlərin istəyinə qarşı və məhkəmə qərarı olmadan aparılır. “İşlərin çoxu məhkəmədədir. Adamlar təklif edilən kompensasiya ilə razı deyil. Məhkəmənin qərarı olmadan adamları küçəyə atıb evlərini sökməyə başlayıblar. Bəzilərinin əşyaları dağılmış evdə qalıb. Söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov rəhbərlik edir”, - vəkil bildirib. Ötən gün həmin evlərə işıq və su verilməsi kəsilib, lakin sonradan kommunal xidmətlər bərpa olunub. Adamlara vəd veriblər ki, Bakı Şəhər İcra Hakimiyyətin nümayəndələri gəlib onlarla görüşəcəklər. Ancaq bunun əvəzinə yanvarın 17-də buldozerlər gətiriblər. Qeyd edək ki, söhbət Təzə Pir məscidinin yuxarısında yerləşən bir neçə evdən gedir. Əraziyə polis qüvvələri cəlb edilib, onlar sakinlərin etiraz olaraq yolu bağlamasına imkan verməyiblər. Bakı İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb. /contact.az Teqlər : #Vəkil:‘Sovetskidə,#evlər,#sakinlərin,#iradəsinə,#zidd,#olaraq,#sökülür’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA Tramp Davosda İraq prezidenti ilə görüşəcək