Rusiya Azərbaycana aviareyslərin sayını artırır 01 İyun 2021 11:50 Ölkə Rusiya cari ilin iyun ayının 10-dan etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq. Bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahdan jurnalistlərə bildirilib. Məlumata görə, Rusiyadan Yunanıstan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir və Serbiyaya da uçuşların sayı artırılacaq. Qeyd olunub ki, müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq Rusiyanın operativ qərargahı, qarşılıqlı razılaşma əsasında 10 iyun 2021-ci il tarixindən etibarən Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya, eləcə də Albaniya ilə müntəzəm beynəlxalq uçuşların bərpa edilməsi barədə qərar qəbul edib./ Report/ Teqlər : #Rusiya,#Azərbaycana,#aviareyslərin,#sayını,#artırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Jurnalistika üzrə magistr olmaq istəyənlərin NƏZƏRİNƏ İyunda hava necə olacaq? - YENİLƏNİB