Vatsapda MÜHÜM YENİLİK 21 Mart 2018 02:00 Maraq dünyası -- Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib "Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib. Maide.Az bildirir ki, mesencerin yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək. Sözügedən yenilik mesencerdə qrup haqqında məlumatlar bölməsi üzrə qrup iştirakçılarının axtarışa verilməsini təmin edəcək. Bundan başqa, indi istifadəçilər qrup danışıqlarda səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı "video" düyməsinə sıxmaq kifayətdir.(publika.az) Teqlər : #Vatsapda MÜHÜM YENİLİK, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Facebook-dan 50 milyon istifadəçinin məlumatları oğurlanıb Youtube-də təhlükəli virus aşkarlanıb