Vağzalətrafı obyektlər söküləcək

Vağzalətrafı obyektlər söküləcək

 
Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək.
 
Axar.az xəbər verir ki, artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq edilib.
 
Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir.
 
Məsələ ilə bağlı Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən xəzər xəbər-ə bildirilib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır.
 
Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır. /

Google+ WhatsApp ok.ru