Vağzalda böhran: avtobus tapılmır, qiymət bahalaşdı

Bakı Beynəlxalq Avtovağzalında bayram günləri ilə əlaqədar bölgələrə üz tutan sakinlər avtobus tapa bilmir.
 
Axar.az-ın avtovağzalda olan əməkdaşı müşahidə edib ki, hazırda yüzlərlə vətəndaş saatlarla avtobus gözləməkdədir:
 
“Bu gün səhər saatlarından etibarən vağzalda avtobus yoxdur. Dispetçerlər avtobusun gələcəyini deyir. Amma hələki avtobuslardan əsər-əlamət yoxdur”.
 
Əməkdaşımızın sözlərinə görə, avtobus qıtlığı bir yana, qiymətlərdə də süni artımlar var:
 
“Avtovağzala aid olmayan mikroavtobuslar xətlərə buraxılıb. Adi vaxtlarda 4 manat verirdimsə, indi 6 manat tələb edirlər. Rəhbərlik isə susur. Burada vəziyyət əməlli-başlı acınacaqlıdır”, - rayona getmək istəyən sakinlərdən biri deyib.
Daha bir sakin isə bilet aldığını, lakin dispetçerlərin və avtobus sürücülərinin biletə məhəl qoymadığını bildirir:
 
“3 gün öncə Gəncə avtobusuna bilet almışdım. Bu gün 09:00-da yola düşməli idim. Lakin avtobus çatan kimi haray-həşir qopdu. Sərnişinlər tələ Bileti qaytarmaq da olmu m-tələsik yerlərini tutdu. Mən isə bilet aldığım halda gedə bilmədim. Bu necə olur? Axı avtovağzal rəhbərliyi niyə bilet satmaqdan imtina edir? Mənim kimi onlarla sərnişin var ki, bilet aldığı halda kənarda qalır. Bileti qaytarmaq da olmur”.
 
Sakinlərin məlumatına görə, bütün bölgələrə hərəkət edən avtobuslarda qiymət artımı var. Məsələn, Lənkərana yola düşən avtobuslar əvvəllər 5 manata aparırdısa, indi heç bir səbəb göstərilmədən 7 manat tələb edir. Analoji hadisəni Gəncə-Qazax, qərb bölgələri və şimal zonasına da aid etmək olar.
 
Bildirək ki, bir neçə gün öncə avtovağzal rəhbərliyi bayram ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcəyini açıqlamışdı. 200 avtobusun xətlərə əlavə olaraq qoşulması, sıxlığın aradan qaldırılması və qiymətlərə ciddi nəzarət nəzərdə tutulurdu.
 
Görülməsi vəd edilən tədbirlərə rəğmən, mənzərə acınacaqlıdır. axar.az /

Google+ WhatsApp ok.ru