Velosiped yarışı kilometrlərlə tıxac yaradıb

Mayın 8-də keçirilən Tur de Azərbaycan velosiped yarışı paytaxtda və Abşeronda böyük avtomobil tıxacı yaradıb.
 
Ən böyük tıxac aeroport yolunda yaranıb. Belə ki, minə qədər avtomobil yarım saata yaxın yol gözləyib. Məcburi dayanacaqlar  ən azı üç dəfə olub və hər dəfə 30-20 dəqiqə davam edib.
 
Hər  zaman olduğu kimi, bu dəfə də şəhər rəhbərliyi bu problemlər barədə vətəndaşları xəbərdar etməyib.
 
Velosipedçilər Abşeron sahillərindən paytaxta qədər hərəkət ediblər. Yarışlar “Azadlıq” meydanında başa çatıb.
 
Almaniyalı Şvartsman yarışların qalibi olub.
 
 

Google+ WhatsApp ok.ru