Venesiyada daşqınla bağlı təbii fəlakət rejimi elan olunub

Venesiyada daşqınla bağlı təbii fəlakət rejimi elan olunub

Venesiyanın bələdiyyə başçısı Luici Bruniaro daşqınlar və əlverişsiz hava şəraiti ilə bağlı təbii fəlakət rejimi elan etmək qərarına gəlib.
 
Bələdiyyə sədri “Twitter”dəki səhifəsində paylaşdığı videoda şəhərin tarixi mərkəzindəki Müqəddəs Mark meydanında dizədək suyun içində dayanıb leysan yağışların Venesiyaya vurduğu ziyandan, su səviyyəsinin 1,8 metrə çatdığından danışır.
 
 
Yerli KİV-lər adıçəkilən meydanda son 1200 ildə altıncı dəfədir daşqın suların səviyyəsinin 1 metri ötdüyünü yazıb.
 
 
Son günlər leysan yağışları İtaliyanın xeyli hissəsində ciddi fəsadlar yaradıb. Yaxın günlərdə əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənilir. /Report
 
 

Google+ WhatsApp ok.ru