Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb

 Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb.
 
Nazirlikdən Maide.az-a verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı vergi sisteminin daim durmadan təkmilləşdirilməsini tələb etdiyindən, Vergilər Nazirliyinin ayrı-ayrı struktur vahidlərinin fəaliyyətinin daha səmərəli təşkil olunması, vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilib. “Həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti  yaradılıb, Departamentin Əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib. 

Google+ WhatsApp ok.ru