Vilayət Eyvazov daxili işlər naziri,  Əli Nağıyev isə  DTX sədri oldu

Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev isə  DTX sədri oldu


Bu gün, iyunun 20-də prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə R.Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Prezident, eyni zamanda, başqa bir sərəncamla da Vilayət Eyvazovu daxili işlər nazirinin birinci müavini vəzifəsindən çıxarıb. Daha sonra da onu Azərbaycan Respublikasının daxili işlər naziri təyin edib.

Prezident İlham Əliyev həmçinin, Mədət Qəzənfər oğlu Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edib. O, Mədət Quliyevi Azərbaycan müdafiə sənayesi naziri təyin edib.

Prezidentin başqa bir sərəncamı ilə də Əli Nağı oğlu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilib.

Əli Nağıyev buna qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəfəsində çalışıb.



Google+ WhatsApp ok.ru