V `Uşaq Mövlud Olimpiadası` keçirildi

Əziz Peygəmbərin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - V "Uşaq Mövlud Olimpiadası"ı keçirilmişdir.
 
"Uşaq Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyi ilə təşkil edilmişdir.
 
Tədbirin təşkilatçılarından "Deyerler.org"a verilən məlumata görə, olimpiadaya müxtəlif yaş həddində 105-dən çox uşaq qatılıb.
 
Nəticələr elan edilməmişdən öncə uşaqlar üçün Mövlud bayramı tədbiri keçirilib, müxtəlif viktorinalar keçirilib, uşaqlar şerlər söyləyib, İlahilər ifa edilib. Daha sonra nəticələr elan edilib. Mövlud Olimpiadası "Fərəc" duasının oxunması ilə yekunlaşıb.
 
Nəticələr belə olub:
 
9 nəfər - III nəticə
30 nəfər - II nəticə və
30 nəfər isə maksimal bal yığaraq, I nəticə göstərmişdir.
 
Elmi-intellektual yarışmanın yekununda bütün iştirakçılara təltifnamələr təqdim edilib.
 
Qeyd edək ki, V Azərbaycan "Uşaq Mövlud Olimpiadası"nın suallarının “Fiqh təlimləri” kitabından tərtib edilmişdir. Suallar kitabın 2-ci (“Təharət”) və 3-cü (“Namaz”) bölmələrini əhatə edib . Sinifdən asılı olaraq uşaqlara 24-dən 40-dək sual təklif edilmişdir.
 
Sonda bir daha mübarək Mövlud münasibətilə Sizləri təbrik edirik. /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru