Vətəndaşlara təcili xəbərdarlıq: O, sizi öldürə bilər! 11 Yanvar 2018 02:00 Ölkə -- Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq Son zamanlar dəm qazı səbəbi ilə ölənlərin sayı artır. Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar olaraq fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhaliyə xəbərdarlıq edib. Maide.Az bildirir ki, Sputnik Azərbaycan FHN-ə istinadla xəbər verir ki: — qaz cihazı saz və standartlara uyğun olmalı; — cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı; — havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı; — hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı; — tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. "Yadda saxlayın: Dəm qazı iysizdir, hiss edilmir. O, öldürücüdür. Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır" — FHN bəyan edir. Teqlər : #Vətəndaşlara təcili xəbərdarlıq: O,#sizi öldürə bilər!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 175 nömrəli marşrutda gedişhaqqı 30 qəpik müəyyən edildi Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır