Whatsapp”da yeni imkanlar; sözləri tünd, yaxud əyri yazmaq olacaq

 
Artıq hər hansı bir söz və ya ifadəni tünd, yaxud əyri yazmaq olacaq.
 
"Whatsapp"ın yenilənməsi ilə gələcək bir sıra yenilik ortaya çıxıb. 
 
Sınaq mərhələsindəki xüsusiyyətlərə əsasən "Whatsapp"ın yazı stilində vacib bir dəyişiklik olacağı məlum olub. 
 
"AndroidPolice"in yayımladığı ekran görüntülərinə görə, yenilənmə ilə birlikdə "Whatsapp" Bold və Italic yazı stilinə qovuşur. Artıq hər hansı bir söz və ya ifadəni tünd, yaxud əyri yazmaq olacaq. 
 
Bundan başqa yeni yazı stili dəyişikliyi bildiriş hissəsində də qarşımıza çıxır. Buna görə, mesajını oxumadığımız şəxsin adı tünd görünür. 2.12.535 versiyası ilə yayımlanacaq yeniləmənin bir neçə günə yayımlanması gözlənilir. interaz/

Google+ WhatsApp ok.ru