`WhatsApp`dan daha bir yenilik: Şifrələnmə sistemi işə salındı - FOTO

"WhatsApp" populyar yazışma mobil mesenceri məlumatların kodlaşdırılmasının yeni sistemini tətbiq edib.
 
Maide.az-ın məlumatına görə, "Report"un xəbər verdiyi kimi, dəyişikliklə əlaqədar istifadəçilərə xəbərdarlıq mesajı göndərilib.
Məlumatda deyilir ki, artıq istifadəçilərin məlumatları və zəngləri tətbiq vasitəsi ilə üçüncü tərəf üçün əlçatmaz olacaq. Kodlaşdırmanın həqiqiliyinin yoxlanılması üçün istifadəçilərə yeni kodlaşdırma sistemini QR kodu ilə yoxlamaq təklif edilir.
 
Qeyd edilir ki, istifadəçilərin məlumatlarının mühafizə sisteminin yaxşılaşdırılması üçün tətbiq daim təkmilləşdirilir. 
 
Faktxeber məluamt verir ki, WhatsApp mesenceri  öz istifadəçiləri üçün şifrələnmə sistemini işə salıb. Daha bütün  zənglər və yazışmalar dinləmə, yaxud üçüncü şəxs tərəfindən sındırıla bilinməyəcək. 
 
 
 
«İstifadəçilərin məlumatlarının təhlükəsizliyi və mesencerdə kommunikasiya  WhatsApp üçün həmişə ən ümdə məsələlərdən biri olub. Lakin bu gündən biz WhatsApp-ı  şəxsi yazışmaların qorunmasında  lider edəcək texniki işləmlərin başa çatdığını bəyan edirik», - deyə bildirilir.
 
 
Söhbət kommunikasiya ilə ötürülən səs, mətn, foto-video faylların və digər informasiyaların ancaq göndərən və alan şəxs tərəfindən oxunula bildiyi, üçüncü tərəfin isə – istər kibercinayətkarlar, hakerlər olsun, istərsə də hökumət orqanları olsun, hətta WhatsApp-ın özündə belə girişin mümkün olmamasından gedir. 
 

 

Google+ WhatsApp ok.ru