`Whatsapp`dan daha bir yenilik 23 Dekabr 2015 02:00 Maraq dünyası Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp" daha bir yeniliyə imza atamağa hazırlaşır. Bu barədə alman saytı olan "Macerkopf" məlumat yayıb. Səsli danışıqdan sonra ani mesajlaşma sistemi olan "Whatsapp" istifadəçiləri görüntülü danışa biləcəklər. 2014-cü ildə 22 milyard dollara "Facebook"un satın aldığı "WhatsApp" bir-birinin ardınca yeniliklər etməkdən çəkinmir. Sahibi dəyişdikdən sonra bu sistemə bir çox yeniliklər gətirilib. Ən əsası isə mesajların oxunduğunu göstərən qoşa mavi xətt, dizayn dəyişikliyi, səsli danışıq ə sairədir. Görüntülü danışıq funksiyası ilk olaraq "WhatsApp" 2.12.16.2 versiyalarında istifadəyə veriləcək. Səsli danışıq "Whatsapp"a xas bir yenilik deyil. Eyni funksiya bir müddət öncə "Facebook Messenger" tərəfindən də işə salınmışdı. "Whatsapp" bu yeniliyini bu ilin aprel ayından işə salıb. Funksiya problemli olsa da fəaliyyət göstərir.(ans) Teqlər : #`Whatsapp`dan daha bir yenilik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Facebook Messenger yeniləndi “Google” mesaj proqramı hazırlayır