`Whatsapp` elə bir dəyişikliyə imza atdı ki... — YENİLİK

Məşhur anlıq mesajlaşma proqramı "Whatsapp" mobil platformalardan sonra yaxın zamanlarda kompüter dəstəyi də qazana bilər.

"Whatsapp" çıxdığı ilk gündən bəri yalnız mobil telefonlarda istifadə edilə bilən bir tətbiqetmədir.

Ölkə.Az xəbər verir ki, Whatsappın rəqiblərindən biri olan "Telegram" tətbiqetməsinin qurucularından Pavel Durov isə "Whatsapp"la əlaqədar maraqlı bir iddia ortaya atıb. "Whatsapp" rəhbərliyinin "Telegram"a aid "veb inkişaf etdirmə kitini" istifadə etmək üçün onlarla danışıqlar etdiyinə diqqət çəkən Durov "Whatsapp"ın kompüter versiyasının da yaxın zamanlarda istifadəçilərə təqdim edilə biləcəyini qeyd edib.

"Whatsapp"ın kompüter versiyasının hazırlanması ilə bağlı bir başqa dedi-qodu isə "AndroidWorld.nl" adlı saytın yaydığı aşağıdakı foto olub. Fotodakı kodlara diqqətli baxıldığında "Whatsapp"ın kompüter üçün proqram yazdığı diqqət çəkir.

Əlbəttə bütün bunlar hələlik sadəcə bir iddiadan ibarətdir və şbu barədə irkətdən rəsmi bir açıqlama verilməyib. Ancaq eynilə "Facebook Messenger"də olduğu kimi "Whatsapp"ın da kompüter versiyasının olacağı bir çox istifadəçi üçün yeni bir həyəcan olacaq. /

 

Google+ WhatsApp ok.ru