WhatsApp haqqında bunları bilirdiniz?

Milyonlarla insan bu tətbiqetmə vasitəsi ilə ünsiyyət qurur

Dünyanın ən populyar messencerlərindən biri də WhatsApp-dır. Milyonlarla insan bu tətbiqetmə vasitəsi ilə ünsiyyət qurur. Bu cür populyarlığa baxmayaraq, istifadəçilərin çoxu WhatsApp-ın bütün imkanlarını bilmir. 

Milli.Az Day.Az saytına istinadən bildirir ki, WhatsApp-ın çox faydalı funksiyaları var. Bu funksiyalar konfidensiallığı, təhlükəsizliyi təmin edə bilər, qıcıq yaradan səxslərdən xilas yolu göstərər. 

1. Xüsusilik

“Настройки” — “Аккаунт” — “Приватность” menyusuna daxil olun. Burada şəxsi məlumatların görünməsini tənzimləyə bilərsiniz: profil fotosu, status, sonuncu dəfə daxil olma. Əgər bu məlumatların heç kim tərəfindən görünməyini istəmirsinizsə, onda “Никто” bəndini seçin. 

2. İstifadəçinin bloklanması

Hər kəsə zaman-zaman lazım olur ki, kimisə qara siyahıya salsın. Bunu etmək üçün “Настройки” — “Аккаунт” — “Приватность” — “Заблокированные” menyusuna daxil olun. Yuxarı sol küncdəki ikonaya tıklayın. Burada öz kontaktlarınızı görəcəksiniz. Onlardan birini seçin və qara siyahıya salın. 

3. Məlumatların avtomatik yüklənməsi 

Belə funksiya özəlliklə rouminq zamanı faydalıdır. Çünki mobil operatorunuz əhəmiyyətli pul çıxara bilər. “Настройки” — “Настройки чата” — “Автозагрузка медиа” menyusundan üç variant görəcəksiniz: “Мобильная сеть”, “Wi-Fi” və “В роуминге”. Onlardan birini seçin. Daha sonra foto, video və ya audiofaylların avtomatik qəbul olunmasını nizamlayın. 

4. Səsli xəbərdarlıqların idarə olunması

“Настройки” — “Уведомления” menyusuna daxil olun. Burada səsli xəbərdarlıqları söndürə bilərsiniz. 

5. Yeni mobil nömrəyə keçmək

Əgər sizin yeni SİM kartınız varsa, bu o demək deyil ki, siz yeni WhatsApp istifadəçisi yaratmalısınız. Hər şey çox sadədir. “Настройки” — “Аккаунт” — “Изменить номер” menyusuna daxil olun və istədiyiniz nömrəni daxil edin. 

6. Mesajların ehtiyat nüsxələri 

Bu çox faydalı funksiyadır. Bunun sayəsində dəyərli məlumatlarınızı saxlaya bilərsiniz. 
Bunun üçün “Настройки” — “Настройки чата” — “Резервное копирование чатов" menyusuna daxil olun. 

7. Silinmiş mesajların bərpa olunması 

Fərqi yoxdur ki, həmin mesajları niyə silmisiniz. Əsas odur ki, silinmiş məlumatları bərpa etmək mümkündür. 

WhatsApp gündəlik olaraq ehtiyyat nüsxələr yaradır və həmin məlumatları telefonun yaddaşında saxlayır. Buna görə də WhatsApp-ı silsəniz və yenidən yazsanız, messencer sizə əvvəlki məlumatları bərpa etməyi təklif edəcək. Sizin işiniz sadəcə “Восстановить” düyməsini basmaqdır. 

8. WhatsApp-ınızı parolla qoruyun

WhatsApp-ı parolla qorumaq üçün əlavə tətbiqetməyə ehtiyac duyulur. Misal üçün, ChatLock kimi tətbiqlər sayəsində siz mesajlarınızı kənar gözlərdən qoruya bilərsiniz. 

9. İstənilən tipdə fayl göndərin 

WhatsApp-da faylların göndərilməsində məhdudiyyətlər var. Yalnız müəyyən tipdə fayllar göndərə bilərsiniz. Onların ölçüləri isə 15MB-ı aşmamalıdır. CloudSend tətbiqi bu işdə sizə yardımçı olacaq. 

10. Lazımsız fayllardan xilas olun

Əgər messenceri tez-tez istifadə edirsinizsə, onda telefonunuzun yaddaşı foto, audio və video ilə doludur. WCleaner for WA tətbiqi sizə yardım edəcək ki, lazımsız fayllardan xilas olasınız./

Google+ WhatsApp ok.ru