`WhatsApp`ın kodlaşdırması niyə zəruri oldu? ABŞ hökuməti susur

Aprelin 5-i internet istifadəçiləri Votsapdan mühüm yeniliyin şahidi olub. Populyar yazışma mobil mesenceri “end-to-end” adlı məlumatların kodlaşdırılmasının yeni sistemini tətbiq edib. Belə ki,  Votsap mesencerinin istifadəçilərinin ismarışlarının şifrəsini yalnız ismarışın alıcısı aça bilər. Beləliklə də istifadəçilərin məlumatları və zəngləri tətbiq vasitəsi ilə üçüncü tərəf üçün əlçatmaz olacaq. Hətta bu nəhəng şirkət kodlaşdırmanın həqiqiliyinin yoxlanılması üçün istifadəçilərə yeni kodlaşdırma sistemini QR kodu ilə yoxlamaq təklif edib.
 
Niyə kodlaşdırma bu qədər mühümdür?
 
Bu yaxınlarda Votsap istifadəçilərin sayı bir milyardı ötüb. İstifadəçilərin sayı baxımından onu yalnız Feysbuk üstələyir. FaktXəbər-in məlumatına görə, kodlaşdırmanın tətbiqindən  sonra Votsapın məlumatları (mesajlar, zənglər, foto, video və s.) həm şirkətin əməkdaşları, həm də hakimiyyət nümayəndələri üçün əlçatmaz oldu. Maraqlısı budur ki, Votsapın şifrəsi digər rəqiblərindən fərqli olaraq bütün istifadəçilər  üçün tətbiq edilir. Məsələn, “Telegram”-da kodlaşdırma qrup çatları üçün tətbiq edilmir. 
 
Votsapın Feysbuka aid olduğuna baxmayaraq, şirkət özünü kifayət qədər müstəqil hiss edir. Kaliforniyada yerləşən nəhəng şirkətin yaradıcılarından və rəhbərlərindən biri  Yan Kum  bildirib ki, əgər Feysbuk şifrə ilə bağlı siyasətimizi dəstəkləməsəydi, mən Feysbuk direktorlar şurasının üzvü olmazdım.  Feysbuk isə Votsapın kodlaşdırma sistemini şərh etməkdən çəkinib. Kumun sözlərinə görə, Zukerberqin şirkəti Votsapı əldə etməzdən öncə də şirkətin kodlaşdırma planı mövcud idi. 
 
Planın özəlliyi nədədir?
 
Votsapın iki yaradıcılarından biri Brayan Akton hesab edir ki, qorunmuş məhsulların hazırlaması bütün dünyada həyatı daha da təhlükəsiz edəcək.  Yan Kum isə öz növbəsində bildirir ki,  Votsapın yazışmaları üçüncü tərəf üçün əlçatmazdır. İstifadəçilər özlərini daha azad və  daha rahat hiss edəcək.
 
Hakimiyyətin cavabı nə olacaq? 
 
Fevral ayında “Apple” şirkəti Federal Təhqiqatlar Bürosunun (FTB) San-Bernardino qatilinin iPhone-nunu blokdan çıxartmaq istəyini yerinə yetirməkdən imtina etdikdən sonra  Akton Yan Kuma “Tim Kuk mənim qəhrəmanımdır” dedi. Votsap “Apple”-nin qərarını dəstəklədi. Kumun sözlərinə görə, bəzən hakimiyyət öz ideyalarının yeritməsi üçün qorxunc hadisələrdən müəyyən bir ölçüdə öz siyasətlərinə uyğun istifadə edir. Kum bildirib ki, əgər Ağ Ev İŞİD problemini Twitter-in köməkliyi ilə həll etmək istəyirsə, demək onun böyük problemi var. 
 
Hal-hazırda FTB və ABŞ Ədliyyə Nazirliyi Votsapın total kodlaşdırma qərarını heç cür şərh etmir. Lakin “Wired” nəşri hesab edir ki, tezliklə bu məsələ ilə bağlı siyasətçilərin reaksiyası hökmən olacaq.  Məsələn, Keçən ay ABŞ Ədliyyə Nazirliyi istintaq zamanı Votsapda məlumatların dinləməyinin mümkünsüzlüyünü görəndə, yaranmış  çıxılmaz vəziyyətin həlli ilə bağlı müzakirələr aparıb. 
 
Hakimiyyət tərəfindən kodlaşdırma məsələsi ilə bağlı hələ heç bir rəsmi qərar qəbul edilməyib. Lakin onu da qeyd edək ki, yuxarıda işarə etdiyimiz “Apple”  məsələsində  FTB San-Bernardinonun qatilinin iPhone-nunu müstəqil olaraq sərbəst şəkildə sındıra bilib.  /
 

 

Google+ WhatsApp ok.ru