WhatsApp yeni giriş xüsusiyyəti tətbiq edəcək 19 Sentyabr 2020 23:50 Maraq dünyası Dünyada milyardlarla insanın istifadə etdiyi WhatsApp mesajlaşma platforması, masaüstü versiyası üçün barmaq izi ilə giriş xüsusiyyətini sınaqdan keçirir. Bu xüsusiyyətlə şirkət daha güclü təhlükəsizlik sistemi yaratmağı hədəfləyib. Şirkət WhatsApp veb və masaüstü versiyalarında QR kodu ilə giriş imkanı verən platforma istifadəçilərinə yeni bir opsiya təqdim etməyə hazırlaşır. WhatsApp platformasının yeni beta versiyasında WhatsApp vebə barmaq izi ilə giriş funksiyasını sınaqdan keçirdiyi ortaya çıxdı. Yeni metod başqa birinin telefonunuzu tapıb hesabınıza daxil olma ehtimalını da aradan qaldırır. Görünən budur ki, WhatsApp bu yeni funksiya ilə əlavə bir təhlükəsizlik tədbiri yaratmağı planlaşdırır./ Giperssilka / Teqlər : #WhatsApp,#yeni,#giriş,#xüsusiyyəti,#tətbiq,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Telegram’ın işində qüsurlar yaranıb Xakerlər 11 min isveçrəlinin pasport məlumatlarını oğurlayıblar