Xədicə İsmayıl ev dustaqlığına buraxılmadı

Nəsimi Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxıb.
Maide.az xəbər verir ki. Vəkil Fariz Namazlının verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib. Prokurorluq bildirib ki, Xədicə İsmayılın daimi yaşayış yeri yoxdur. Buna görə də sübutları saxtalaşdıra, şahidlərə təsir edə bilər.
Xədicə İsmayıl isə bildirib ki, prokurorluq yalan danışır, onun daimi qeydiyyatda olduğu yaşayış yer var. Vəkilin sözlərinə görə, işdə kimlər şahid kimi dindirilənlərin siyahısı onlara bəlli deyil. Buna görə də onlara təsir göstərmək imkanı yoxdur. Çünki istintaq idarəsi “Azadlıq” radiosunun ofisini bağlayıb və oradan sənədləri götürüb. Buna görə hər hansı bir sübutları saxtalaşdırmaq, şahidlərə təsir etmək ehtimalı belə yoxdur.
Fariz Namazlı Nəsimi Rayon Məhkəməsinin qərardan Apelyasiya Məhkəməsinə şikayət verəcəklərini deyib. azadliq/

Google+ WhatsApp ok.ru