Xəzəryanı ölkələr media sahəsində əməkdaşlığını artırır - SƏNƏD İMZALANIB

Xəzəryanı ölkələr media sahəsində əməkdaşlığını artırır - SƏNƏD İMZALANIB

Ötən gün Gəncədə Xəzəryanı ölkələrin birgə media iclası keçirilib.
 
Maide.Az  xəbər verir ki,  birgünlük iclasda Azərbaycan , İran, Rusiya və Qazaxıstanın media nümayəndələri xüsusən Xəzər dənizinin bioterrorizminə diqqət, zorakılıq və terrorçuluqla mübarizə üzrə media əməkdaşlığının  genişləndirilməsi sahəsində fikir mübadiləsi aparıblar.
 
İclasda Azərbaycan , Rusiya və Qazaxıstanın media nümayəndələrindən hər biri media əməkdaşlığının artırılması  sahəsində öz təkliflərini təqdim ediblər. Sonda iştirakçılar tərəfindən altı bəndlik əməkdaşlıq üzrə anlaşma sənədi imzalanıb.
 
Bu anlaşma sənədində iştirakçılar iclasın gələcək proqramlarını açıqlayaraq, Xəzərin ekologiysına diqqət, mədəni siyasətlərin gücləndirilməsi və media istehsalı məhsullarının mübadiləsi sahəsində həmkarlıqların artırılmasının zəruriliyini vurğulayıblar. İclas Xəzəryanı ölkələrin 3-cü illik birgə media iclası idi və Qazaxıstan və Rusiya ötən iki ildə bu iclasın təşkilatçıları olublar.
 
İclasda qərara alındı ki, növbəti iclas Qazaxıstanda keçirilsin

Google+ WhatsApp ok.ru