Xəzərdə seysmik aktivlik artıb

Xəzərdə seysmik aktivlik artıb

Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi - Texniki Şuranın və AMEA-nın Yer Elmləri Bölməsinin birgə iclası keçirilib.
 
Maide.Az bildirir ki, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2016-cı ildə mərkəzdə aparılmış elmi və elmi-istehsalat işlərinə dair illik hesabat təqdim edib.
 
Q. Yetirmişli hesabat ili ərzində RSXM-də geofiziki, geokimyəvi, geodonamik tədqiqatlar aparıldığını diqqətə çatdırıb. O, 2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artmasının müşahidə olunduğunu bildirib. 
 
Toplantıda il ərzində RSXM-də aparılmış elmi tədqiqatların nəticəsinə dair əldə olunmuş mühüm elmi nəticələr təqdim edilib.
 
Sonda hesabat qəbul olunub. /

Google+ WhatsApp ok.ru