Xəzərin səviyyəsi 18 santimetr azalıb

Xəzərin səviyyəsi 18 santimetr azalıb

“Yağıntıların azalması və temperaturun artması nəticəsində Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 18 santimetr azalıb”.
 
Maide.Az APA-ya istinadla xəbər verir ki, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi deyib.
 
O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub.
 
“Habelə Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır”, - deyə Mərkəzin sədri vurğulayıb.
 
Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Onların arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural (5%) çayları tutur.

Google+ WhatsApp ok.ru