Xəzər dayazlaşır: su hara yox olur? 22 Yanvar 2020 09:45 Ölkə Mütəxəssis bildirir ki, azalma bu qayda ilə davam edərsə, təhlükələr yaşana bilər Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ilə bağlı mətbuatda yazılar dərc edilir. Eyni zamanda balıqçılar da bildirirlər ki, ötən illərlə müqayisədə Xəzərdə suyun səviyyəsi gözlə görüləcək qədər aşağı enib. Onu da bildirək ki, ötən ilin oktyabr ayında İranın Xəzər Dənizinin Araşdırmalar və Təhqiqat Milli Mərkəzinin rəhbəri Məsumə Bəni Haşemi demişdi ki, 2018-ci illə müqayisədə Xəzərdə su 18 santimetr aşağı düşüb. M.Bəni Haşemi bildirmişdi ki, Xəzərdə su səviyyəsinin azalması 2019-cu ilin yazı ilə müqayisədə təxminən 6% çoxdur. İran tərəfi Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəbini dənizə daxil olan suyun 80%-ini təmin edən Volqa çayının müxtəlif məqsədlər üçün idarə olunması, Qazaxıstan, Rusiya və Azərbaycanda yağıntıların azalması ilə əlaqələndirib. İranın şimal vilayətlərinın çayları vasitəsilə Xəzərə axan suyun faizi isə cəmi 5 faizdir. İranlı tərəfi bildirmişdi ki, Xəzər dənizində su səviyyəsinin azalması İranın bəzi sahillərində, xüsusilə Gülüstan vilayətində sahil xəttinin dəyişməsi ilə nəticələnə bilər. Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-ni təşkil edir. Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə də açıqlama verib. “Yeni Müsavat” xəbər verir ki, Rasim Səttar-zadə aşağıdakıları bildirib: “Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır”. R.Səttar-zadə qeyd edib ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb: “Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir”. Səttar-zadə söyləyib ki, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil: “Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Onu deyim ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Ən son ssenariyə əsasən Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında əvvəlki illə müqayisədə nisbətən aşağı olacaq. Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar”. Teqlər : #Xəzər,#dayazlaşır:,#hara,#yox,#olur?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır Fevral ayından avtobusların kart sisteminə keçidi sürətlənəcək - RƏSMİ Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb