Xalid Bağırovu nədə ittiham edirlər? - Siyahı

Vəkilin məhkəməsinin vaxtı məlum oldu.Bir müddət əvvəl vəkillik fəaliyyətinə xitam verilmiş Xalid Bağırov karyerası ilə bağlı sosial şəbəkədə status yazıb.

Musavat.com həmin statusu təqdim edir:

“Buna ümidsizlər sonun əvvəli deyillər. İçində ümid gəzdirənlər isə - yola davam. Hər nəsə, başlayır. Vəkillər Kollegiyasında üzvlüyümə xitam verilməsi ilə bağlı işə Nizami rayon Məhkəməsində 09 yanvar 2015-ci ildə saat 16.00 da baxılacaq. Hakim Habil Əhmədovdur.
Görünən odur ki, xeyli məzəli proses olacaq.
Çünki iddia ərizəsində yazılıb ki, mən vəkilin aşağıdakı davranış qaydalarını pozmuşam:
1. vəkilliyin nüfuzunu aşağı salan hərəkətlərə yol vermişəm;
2. vəkillik edərkən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı idim, olmamışam;
3. vəkilliyə şəxslərin inamını artırmalı və möhkəmləndirməli idim, lakin bu inamı azaltmışam və sarsıltmışam;
4. dövlətçiliyə kölgə salmışam;
5. Ədalət mühakiməsinin nüfuzuna ləkə vurmuşam”.

Qeyd edək ki, Xalid Bağırov 6 saylı hüquq məsləhətxanasında vəkilidir. musavat.com /

 

Google+ WhatsApp ok.ru