Xalq artisti Rafael Dadaşov vəfat edib

Xalq artisti Rafael Dadaşov vəfat edib

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov 74 yaşında vəfat edib.

 
Maide.Az xəbər verir ki, bu barədə “Report”a onun əmisi qızı, Xalq artisti Briliant Dadaşova məlumat verib.
 
Allah rəhmət eləsin!
 
Qeyd edək ki, Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
 
Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışır.
 
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Google+ WhatsApp ok.ru