Xaçmazda insan alveri ilə bağlı tədbir keçirilib

Xaçmaz rayon polis şöbəsinin inzibati binasında  DİN-nin İnsan Alverinə  Qarşı Mübarizə  Baş idarəsi və İnsan Alverinə Qarşı Mübarizə  üzrə  QHT Koalisiyası ilə birgə  “İnsan alveri probleminə dair regionlarda maarifləndirmə və  bu növ halların müəyyən edilməsi üçün monitorinq  işlərinin aparılması”  mözusunda tədbir keçirib.
 
Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis baş- leytenantı Pərvanə Əzizova,  Rayon Polis Şöbəsinin rəis müavini, Polis polkovnik-leytenantı  Misir İmaməliyev və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
 
Mahirə Əmirhüseynovanın Maide.az-a verdiyi məlumata görə, çıxışlarda insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.
 
Tədbir iştirakçılarına insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə məlumat verilmiş və bukletlər paylanılıb. 
 

Google+ WhatsApp ok.ru