Xaricdə işləyən Azərbaycan vətəndaşları haqqında məlumat bazası yaradılır 17 İyul 2015 01:00 Ölkə Xaricdə işləyən Azərbaycan vətəndaşları haqqında məlumat bazası yaradılır. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov deyib. O bildirib ki, vətəndaşlarımızı işləmək üçün xaricə göndərən hüquqi şəxslərin fəaliyyətini nizamlayan sənədlər paketi artıq hazırdır: “Hazırda sənədlər Ədliyyə Nazirliyi Hüquqi aktların dövlət reyestrində təsdiqini gözləyir”. V.Məmmədov qeyd edib ki, sənədlərdə əmək müqavilələrinin forması, əməkhaqqı, vətəndaşın sosial statusu və Azərbaycan vətəndaşının təhlükəsiz sosial-əmək təminatına istiqamətlənmiş bir sıra başqa məsələlər əks olunub: “Yerli fiziki və ya hüquqi şəxslə xarici şirkət arasında imzalanan müqavilə əsasında məsuliyyət nizamlanacaq. Bu, çox mühüm məsələdir. Çünki əcnəbi işəgötürən və vətəndaşı xaricə göndərən şirkət əməkhaqqından tutmuş tibbi sığorta, sosial təhlükəsizlik və digər bu kimi məsələlərə görə məsuliyyət daşıyır”. / Teqlər : #Xaricdə işləyən Azərbaycan vətəndaşları haqqında məlumat bazası yaradılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda su problemi həll olunubmu? Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları daha da intensivləşdirməyin vaxtı çatıb