Xarici sərmayə qoyuluşu azalıb 19 Mart 2016 02:00 Ölkə 2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar Azərbaycana 1 milyard 241.1 mln. manat vəsait qoyublar. «Report» bu xəbəri Dövlət Statistika Komitəsinə istinadən yayıb. Xəbərə görə, investisiyanın 629.4 mln. manatı yanvar, 611.7 mln. manatı isə fevral ayının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il yanvar ayında 2.8, fevralda isə 7.4 faiz azalma olduğu bildirilir. Hesabata əsasən, sərmayənin 84.3 faizi Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran şirkətlərinə məxsusdur. / Teqlər : #Xarici sərmayə qoyuluşu azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Novruza həsr olunmuş bayram şənlikləri Naxçıvanın sabiq milli təhlükəsizlik naziri həbs olundu