XIII ‘Mövlud Olimpiadası’na qeydiyyata start verildi!

XIII ‘Mövlud Olimpiadası’na qeydiyyata start verildi!

Bismilləhir-Rahmənir-Rahim!
 
Əziz və dəyərli həmvətənlərimizin nəzərinə çatdırırıq ki, rəbiül-əvvəl ayının 17-si – əziz İslam Peygəmbərinin (s), aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları günüdür.
 
Şükürlər olsun ki, bu mövludlar münasibətilə artıq on üçüncü dəfədir Vətənimizdə mübarək bir ənənənin yaşanması baş verir. Böyük məmnuniyyətlə bildiririk ki, 13-cü dəfədir ki, elmi-intellektual yarışa – "Mövlud Olimpiadası"na start verilir.
 
XIII "Mövlud Olimpiadası" – əziz Peyğəmbərimizin (s) və 6-cı İmamımızın (ə) mövludu və "Vəhdət həftəsi"münasibətilə keçirilir.
 
 Builki olimpiadanın qaydalarını nəzərinizə çatdırırıq:
 
- XIII Mövlud Olimpiadasının suallarının Ustad Ayətullah Möhsin Qəraətinin Quran təfsirinin (“Nur” təfsiri) 1-ci cildindən tərtib edilməsi nəzərdə tutulmuşdur.
 
XIII Mövlud Olimpiadasına düşəcək suallar birinci cildin hamısını deyil, yalnız ikinci hissəsini (Qurani-Kərimin ikinci cüzünə aid hissəsini) əhatə edəcəkdir.
 
- Mövlud Olimpiadasında iştirak etmək üçün, buraya keçid edərək, iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, e-mail ünvanını) bildirmək lazımdır.
 
- Mövlud Olimpiadasında iştirak üçün qeydiyyat müddəti 2019-cu il noyabr ayının 13-ü, saat 23.00-a qədərdir.
 
Və sonda bir daha üzümüzə gələn mübarək mövludlar münasibətilə Sizləri təbrik edərək, Mövlud Olimpiadasındakı yarışlarda Sizə uğurlar arzulayırıq. /deyerler.org 

Google+ WhatsApp ok.ru