XİN: `Ermənistan rəhbərliyi təxribatçı əməlləri dayandırsın`

Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinə müraciət edir ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər.
 
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin Tvitter vasitəsilə paylaşdığı müraciətə öz Tvitter ünvanında cavabında bildirib.
 
H.Hacıyev yazıb: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.
 
O, Tvitter soisal şəbəkəsindəki səhifəsində yazıb: "Qoşunların təmas xəttində qarşıdurmanı dayandırmaq və danışıqlarda əldə olunmuş öhdəlikləri yerinə yetirmək üçün zəruri tədbirlər görmələri məqsədi ilə prezidentlərə müraciət edirəm"./

Google+ WhatsApp ok.ru