Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı

Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı

Fevralın 7-də Xırdalan şəhərində məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Plan Uçot Texnikumunun yataqxanasında məskunlaşan məcburi köçkünlər mənizllərə sayğac quraşdırılmasına etiraz ediblər.
 
“Bizə Qarabağ lazımsı, dilənçi pulu yox”, deyən aksiya iştirakçıları məcburi köçkünlər üçün 36 manat məbləğində aylıq müavinətin müəyyən edilməsindən də narazı olduqlarını bildiriblər.
 
Onlar “Azərişıq”ın elektrik sayğaclarını quraşdırmaq istəyən işçilərini yataqxanadan qovublar.
 
Sonradan hadisə yerinə yerli icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları gəlib.
 
Etirazçıları sakitləşdirməyə çalışan rəsmilər məcburi köçkünlərin şikayətlərini dinləyiblər.
 
“Kommunal qiymətlər bahalaşıb, Belə bir vaxtda işıq və qaz pulunu ödəyə bilməyəcəyik. Erməni kilsələrinə qazı pulsuz verirsiniz, məcburi köçkünlərə onu pulla satmaq nə qədər doğrudur”, narazı məcburi köçkünlər deyiblər.
 
Aksiya 2 saata qədər davam edib. Məcburi köçkünlərin narazılığı nəticə verib - sayğacların quraşdırılması təxirə salınıb.(contact.az)
 

 

Google+ WhatsApp ok.ru