İxtisara düşən işçilər işsizlik müavinətini ala bilmirlər

İxtisara düşən işçilər işsizlik müavinətini ala bilmirlər

 
“İxtisara düşən işçilər altı aydır işsizlik müavinətini ala bilmirlər”.
 
Maide.Az bildirir ki, bu barədə “Bizim Yol”a işsizlik müavinətini ala bilməyən Məmmədzadə Vəli Yaşar oğlu bildirib.
 
Dünya bazarında neftin qiymətinin ucuzlaşması və manatın devalvasiyası Azərbaycanda 2016-cı ilin əvvəlindən kütləvi şəkildə iş yerlərinin bağlanmasına, işçilərin ixtisar olunması səbəb olub. Stajı 3 ildən çox olub ixtisara düşən işçilərə maaşının 70 faiz məbləğində altı ay ərzində işsizlik müavinətinin verilməsi qərar alınıb.
 
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yasamal rayon Məşğulluq Mərkəzində işsiz statusu olan şəxslərə üç ay ərzində işsizlik müavinəti ödənilib. Üç ay isə ödənilmədi. Məşğulluq Mərkəzi mart ayından borclu qaldığı 236 manat məbləğində müavinəti ödəmir. Bunun səbəbini soruşanda mərkəzdən deyirlər ki, bu istiqamətdə büdcədən pul köçürülməyib”,-deyə Vəli Məmmədzadə bildirib.
 
Vətəndaşın şikayəti əsasında dünən və bu gün Yasamal rayon Məşğulluq Mərkəzindən mövqe öyrənmək istədik. Mərkəzin 432 12 04, 432 62 65 telefon nömrələrinə etdiyimiz zənglər cavabsız qaldı.
 
Xatırladaq ki, bu ilin əvvəlindən "İşsizlikdən məcburi sığortalanma haqqında" qanun layihəsi hazırlandığı bildirilirdi. Bu layihənin hazırlanmasında səbəb müraciət edən hər işini itirmiş insanları işsiz kimi qeydiyyata alıb onlara işsizlik müavinətinin verilməsi çətinləşməsi və yoxsulluğun səviyyəsinin aşağı salınmasıdı. /

Google+ WhatsApp ok.ru