Yəməndə Əhli-beyt davamçılarının məscidlərinin partladıldılması nəticəsində həlak olanların sayı artıb

Səna şəhərində məscidlərdə törədilən terror aktları nəticəsində həlak olanların sayı yüzü keçib 
Maide.az xəbər verir ki,  Yəməndə Əhli-beyt davamçılarının məscidlərində törrədilən terror aktlarında həlak olanların sayı 126 nəfərə çatıb. 280 nəfərdən artıq insan isə yaralanıb.  
Qeyd edək ki, bu gün Yəmənnin paytaxtı Səna şəhərində iki məsciddə Bədr və Həşuş məscidlərində terror aktları törrədilib.
İslamazeri saytı xəbər verir ki, Terror aktlarını İŞİD terrorçularının törətdiyini "France24" tele kanalı bəyan edib.  Hadisə şahidlərinin dediyinə əsasən, ardıcıl olaraq 3 partlayış baş verib.
Xatırladaq ki, 2 gün öncə "Ənsarallah" hərəkatının mətbuat katibi Əbdülkərim Huyəvani sui-qəsd zamanı öldürülmüşdü. Terror aktını "Əl-Qaidə" terror təşkilatı üzərinə götürmüşdü./
 
 
 

Google+ WhatsApp ok.ru