Yağışdan sonra Zığda sürüşmə aktivləşib - RƏSMİ

Yağışdan sonra Zığda sürüşmə aktivləşib - RƏSMİ

 
Paytaxta davam edən intensiv yağışlardan sonra Zığ sürüşmə zonasında aktivlik müşahidə edilir.
 
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
 
Nazirlik rəsmisi deyib ki, hazırda ölkə ərazisində mövsümlə əlaqədar yağıntıların miqdarı artıb:
“Abşeron yarımadasında məlum sürüşmə sahələri mövcuddur. Bizim mütəxəssislər tərəfindən gündəlik olaraq monitorinqlər aparılır. Hazırda Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur.
Masazır, Bayıl yamacı, Badamdardakı sürüşmə zonlarında ciddi dəyişmə, dinamikasında aktivlik yoxdur. Bir müddət əvvəl narahatlıq doğuran Avtovağzaldakı sürüşmənin qarşısı tam alınıb. Orada bərkitmə işləri aparılıb, istinad divarları tikilib, hazırda elə bir təhlükə hiss olunmur”.
 
A. Bildirib ki, yağışların intensivləşəcəyi təqdirdə Zığ ərazisində təhlükə yarana bilər:
“Zığda on illərdir sürüşmə sahəsi mövcuddur. Atmosfer çöküntüləri, texnogen proseslər, insan amili burda birbaşa rol oynayır. Ərazi həmçinin qırılma zonasında yerləşir. Ona görə də, Zığda hər zaman təhlükəni gözləmək olar. Amma bu gün orada nə isə baş verəcəyini söyləmək olmaz, amma aktivləşmə var”. (modern.az) /
 

Google+ WhatsApp ok.ru