Yaşlı sürücülərə yeni sürücülük vəsiqəsi veriləcək - Yaponiyada 13 İyun 2019 09:42 Xəbərlər Yaponiyada 75 yaşından böyük sürücülərə xüsusi sürücülük vəsiqəsi veriləcək. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, sənəd sadəcə müxtəlif elektron yardımçıları olan avtomobillərə şamil ediləcək. Məlumata görə, qərarın verilməsinə yaşlı sürücülər tərəfindən törədilən yol hadisələrinin artması səbəb olub. Çünki bəzən yaşlı sürücülər ya hadisələrə gec reaksiya verir, ya da ələclə qazın yerini səhv salır. Əvvəlcə bu lisenziyaların ənənəvi vəsiqələrin əvəzinə verilməsi planlaşdırılır. Bununla yanaşı, hökumət avtomobil şirkətləri ilə ucuz avtomobillərdə elektron "köməkçilər" tətbiq edilməsi barədə məsləhətləşmələr aparmağı düşünür. Yaşlı sürücülər hazırda yüksək məbləğdə sığorta ödəmələri edir. Qanun qüvvəyə mindikdən sonra bu ödəmələr 10 faizə qədər azalacaq. Bu da insanları yeni sənədlərə keçməyə həvəsləndirəcək. Xatırladaq ki, 2018-ci ilin nəticələrinə görə, Yaponiyada yol qəzalarında 3,5 min insan ölüb. Yol qəzalarına daha çox 65 yaşından yuxarı sürücülər səbəb olub. Teqlər : #Yaşlı,#sürücülərə,#yeni,#sürücülük,#vəsiqəsi,#veriləcək,#Yaponiyada, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s.ə) səhninin açılışı olacaq– FOTO İstanbulda nəqliyyatın hərəkəti iflic oldu - SƏBƏB?