Yanan binanın 12 sakini etiraz edir: “Qəpik də almamışıq”

Mayın 19-da Azadlıq prospektində yanan binada zərərçəkən 12 nəfər onlara dəyən ziyana görə hələ də kompensasiya ala bilməyiblər.
 
Bu haqda “Azadlıq” radiosuna onlar özləri məlumat verib.
 
Zərərçəkənlərdən 10 nəfərin avtomobilinə yanğın zaman xətər dəyib. Daha iki nəfərin isə obyekti - internet-klub və inşaat malları mağazası hadisə zamanı zərər görüb.
 
Aksiyaçılar onlara dəyən maddi ziyanın ödənməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətindən tutmuş ən yuxarı instansiyalara qədər müraciət etdiklərini bildiriblər. Amma bu günədək cavab almadıqlarını deyirlər. Zərərçəkənlər yaxın günlərdə aksiya keçirməyi düşünürlər.
 
Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğında 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub. /

Google+ WhatsApp ok.ru