Yanğında dünyasını dəyişənlərin ruhuna Quran oxunacaq

Bu gün Bakıda Hacı Cavad Məscidində Binəqədi rayonunda baş vermiş dəhşətli yanğında həlak olanların ruhuna Quran oxunacaq.
 
Bu barədə islamazeri.az-a Hacı Cavad Məscidinin dini icmasından məlumat verilib.
 
Bildirilib ki, zöhr namazına kimi çoxlu dualar ediləcək və Quran xətm olunacaq.
 
Məscidinin dini icması bir daha baş vermiş hadisə ilə bağlı dərin hüzünlə başsağlığı verir.
 
Həlak olan insanların yaxınlarına səbr diləyir.  Allah rəhmət eləsin !

Google+ WhatsApp ok.ru