Yanğında həlak olanların adları- Siyahı+Bir neçəsi körpədir - Yenilənib

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar dünyasını dəyişən və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilən 14 nəfərdən 9-nun kimliyi məlum olub. Bu barədə "Report"a Birliyin sədri Şakir Musayev məlumat verib.

O bildirib ki, vəfat edənlər Cavadov Ömər Vüqar oğlu (1,5 yaş), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı və Nəcəfzadə Yaşar Fazil oğludur.

Hazırda digər ölənlərin şəxsiyyətlərinin müəyyənləşməsi istiqamətində iş aparılır.
***
2 nəfərin də  şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevin Lent.az-a verdiyi məlumata görə, onlar bacı-qardaş olublar . Bunlar Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızıdır ( 1995). 
 
*** 
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib.
 
 Maide.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.
 
Artıq onlardan 7-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızıdır (60 yaş)./
 

Google+ WhatsApp ok.ru